...

Azərbaycanla Türkiyə arasında əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 6 May 2022 21:32 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin vitse-prezidenti Fuat Oktayla görüşüb.

Trend xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Twitter" səhifəsində paylaşım edilib.

Qeyd olunur ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında iqtisadi, kommersiya, texnologiya və digər sahələrdə mövcud əməkdaşlıq və yeni imkanlar müzakirə edilib.

Bundan əlavə, Şuşa bəyannaməsindən sonra ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdığı vurğulanıb.

Tərəflər həmçinin Azərbaycan-Türkiyə Birgə İqtisadi Komissiyasının fəaliyyəti və həyata keçirilməsi nəzərdə tutulan işləri nəzərdən keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti