...

Azərbaycanın təcrübəsində bərpa və yenidənqurmanın nadir nümunəsi həyata keçirilir - Əli Əsədov

Siyasət Materials 7 May 2022 10:19 (UTC +04:00)
Azərbaycanın təcrübəsində bərpa və yenidənqurmanın nadir nümunəsi həyata keçirilir - Əli Əsədov

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Prezident İlham Əliyev azad edilmiş torpaqlarımızda möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir. Azərbaycanın təcrübəsində bərpa və yenidənqurmanın nadir nümunəsi həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.

O bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilər üzrə hazırlanmış Strateji Fəaliyyət Planına uyğun olaraq bütün ərazilərin, şəhər, qəsəbə və kəndlərin bərpasının vahid konsepsiya əsasında bərpasına başlanmışdır.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılmış və bu çərçivədə işğaldan azad edilmiş ərazilərdə məsələlər mərkəzləşdirilmiş qaydada həll olunur.

İşğaldan azad edilmiş ərazilər bu gün bütövlükdə böyük bir tikinti meydanına çevrilmiş, inşaat, quruculuq işləri ölçüyəgəlməz miqyas və vüsət almışdır. Burada ilk növbədə həyat təminedici işlər, o cümlədən yol infrastrukturu, elektroenergetika, su təsərrüfatı, kənd təsərrüfatı, rabitə və digər sahələrdə işlər qurumlararası qarşılıqlı əlaqədə yüksək sürətlə həyata keçirilir”, - Ə.Əsədov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev imzaladığı "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" 2021-ci il 7 iyul tarixli Fərman ilə Azərbaycanın Zəfər salnaməsinin növbəti şanlı səhifəsini yazdı.

“Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının daxil olduğu Şərqi Zəngəzur iqtisadi rayonunun, dağlıq və aran Qarabağa aid Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Ağcabədi və Bərdə rayonları da daxil olmaqla, Qarabağ iqtisadi rayonunun yaradılması yeni coğrafi, siyasi, iqtisadi reallıqların inikası olaraq Azərbaycan dövlətinin siyasi iradəsini təsdiq edir”, - deyə baş nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti