...

Böyük Britaniya və Finlandiya qarşılıqlı təhlükəsizlik zəmanəti haqqında bəyannamə imzalayıblar

Siyasət Materials 12 May 2022 06:42 (UTC +04:00)
Böyük Britaniya və Finlandiya qarşılıqlı təhlükəsizlik zəmanəti haqqında bəyannamə imzalayıblar

Bakı. Trend:

Böyük Britaniya və Finlandiya qarşılıqlı təhlükəsizlik zəmanətinin verilməsi haqqında sənəd imzalayıblar.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson Finlandiyaya səfəri zamanı bildirib.

B.Conson qeyd edib ki, Böyük Britaniya və Finlandiya silahlı qüvvələri birgə təlimlərdə, hərbi manevrlərdə iştirak edəcək və hər zaman bir-birinin köməyinə gələcək.

Öz növbəsində Finlandiya prezidenti Sauli Niinistö Helsinkinin Finlandiyanın müdafiəsini maksimuma çatdırmaq, lakin bununla heç bir digər tərəfə zərər verməmək istəyini açıqlayıb.

"Bu olduqca sadədir: biz təhlükəsizliyimizi artırırıq, lakin heç kimin təhlükəsizliyinə toxunmuruq", - finlandiyalı prezident bildirib.

NATO-ya üzv olmaq perspektivlərindən danışan dövlət başçısı qeyd edib ki, Finlandiya Qərbin bir hissəsidir və belə bir ssenari reallaşarsa, radikal dəyişikliklər olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti