...

Artıq Ermənistanın özünün bütünlüklə revanşist dövlətə çevrildiyi faktına dünyanın diqqətini çəkməliyik - Aydın Quliyev

Siyasət Materials 5 İyun 2022 12:50 (UTC +04:00)
Artıq Ermənistanın özünün bütünlüklə revanşist dövlətə çevrildiyi faktına dünyanın diqqətini çəkməliyik - Aydın Quliyev

Bakı. Trend:

Vətən müharibəsindən sonra Ermənistanın davam etdirdiyi hərbi təxribatlar nəticəsində iki azərbaycanlı jurnalistin həlak olmasından bir il ötür. 10 Noyabr 2020-ci il dövlətlərarası bəyannamə Ermənistanı hər cür təxribatlardan uzaq durmağa rəsmən məsul etsə də, Ermənistan hakimiyyəti Xankəndi separatçıları ilə qanunsuz və pis niyətli əməkdaşlığını davam etdirir. Ermənistan rəhbərliyinin Xankəndi separatçılarını hələ də dəstəkləməsı bölgədə sülh yaradıcılığına mane olur, mövcud razılaşmaların icrasını ləngidir. Azərbaycan bütün istiqamıətlərdə razılaşmaların icrasına sadiqlik göstərir. Xüsusilə humanitar məsələlələr müstəvisində səmimi əməkdaşlıq Azərbaycanın ardıcıl siyasətidir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekpert bildirib ki, lakin Ermənistan formaca deklorativ, məzmunca pozucu və tormozlayıcı siyasət yürüdür.Minalanmış ərazilər bu günədək humanitar fəlakətin ən böyük mənbəyi kimi məhz Ermənistanın siyasəti üzündən həll edilməmiş qalır:

"Sərhədlərdə və təmas xəttində məhz Ermənistanın təxribatları davamlı atəşkəsin formalaşmasına mane olan amilə çevrilib. Ermənistan postmüharibə qaydalarına zidd olaraq sülhə dəstək vermək əvəzinə təxribatların artırılması ilə 44 günlük müharibədə məglubiyyətin qisasını almağa çalışır.Müharibədən sonra erməni təxribatları nəticəsində 140-a yaxın azərbaycanlı sivilin yaralanması və həlak olmasının qisasdan başqa adı yoxdur. Necə ki, müharibə günlıərində aldıqları gündəlik hərbi zərbələrin qisasını Gəncə, Bərdə,Tərtər və digər rayonlarımızın dinc sakinlərinə raket zərbələri vurmaqla almağa çalışdılar, bu gün də eyni qaydada həmin qisası sərhədlərdə və təmaslarda təxribatlarla almağa çalışırlar. Bütün beynəlxalq tribunalarda minalı ərazi xəritələri müzakirə edilsə də Ermənistan xəritələr barədə heç bir məzmunlu əməkdaşlıq etmək istəmir.Minalı ərazilərin xəritələrini verməmək Ermənistanın azərbaycanlılardan qisas almaq siyasətinin başqa formada davamıdlr. Ermənistan ordusu atəşkəs pozuntuları və mina xəritələrini saxlamaqla Azərbaycana məqsədli şəkildə itkilər verməkdə davam edir. Sivillərimizi yaralamaq və öldürməklə Ermənistan demək istəyir ki,nə müharibə ,nə də münaqişə bitib. Ermənistan bölgədə humanitar fəlakət yaradan səbəblərin aradan qalxmasında maraqlı deyil.

Müharibənin və münaqişənin hələ bitmədiyi görüntüsünü yaratmaq Ermınustanın dövlət siyasətinin baş hədəfidir.Ermənistan humanitar fəlakətləri daim artırmağa çalışır.Ermənistanda ayrı-ayrı qüvvələrin revanşist siyasətlərinin qarşısının alınmaması gedərək yoluxucu rol oynayır.Artıq Ermənistan özü bütünlüklə revanşist dövlətə çevrilib .Əvvəllər müəyyə siyasi partiyaların revanşından danışmaq lazım idisə,,indi bir dövlət olaraq bütün Ermınistanın revanşist siyasətə yuvarlandığını açıq deməliyik .Bütün dünyanın diqqətini Ermənistanın revanşist dövlətə çevrilməsi faktına cəlb etmək lazımdır. Hələ də azərbaycanlı sivillərin hədəfə alınmasının, təxribatların davam etməsinin,mina xəritələrinin üzə çıxarılmamasının bir adı var - Ermənistan dövlət səviyyəsində qisas almaq siyasətindən hələ geri çəkilməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti