...

Fransa Azərbaycan üçün mühüm tərəfdaşdır - Ticarət Palatasının rəhbəri (FOTO)

Siyasət Materials 9 İyun 2022 20:59 (UTC +04:00)
Fransa Azərbaycan üçün mühüm tərəfdaşdır - Ticarət Palatasının rəhbəri (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Fransanın Bakıdakı səfirliyində Azərbaycan-Fransa Ticarət Palatasının rəhbəri Teybə Quliyevanın "Şərəf Legionu" ordeni ilə təltif edilməsi mərasimi keçirilib.

Trend -in məlumatına görə, ordeni Fransanın Azərbaycandakı səfiri Zakari Qross təqdim edib.

Səfirin sözlərinə görə, Azərbaycan-Fransa Ticarət Palatası iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfə verir.

“Bu gün Azərbaycanda yüksək gəlirlər, güclü tərəfdaşlıq iqtisadiyyatın çiçəklənməsinə, Ticarət Palatası isə öz növbəsində daha da inkişafa xidmət edir", - Səfir deyib.

O, Azərbaycan-Fransa Ticarət Palatasının Azərbaycan və Aİ arasında biznes forumun təşkilinə yardımını yüksək qiymətləndirib.

T.Quliyeva öz növbəsində Fransanın Azərbaycan üçün mühüm tərəfdaş olduğunu bildirib və Ticarət Palatasının rəhbəri kimi ölkələr arasında əlaqələrin inkişafına daha böyük töhfələr verə biləcəyinə ümid etdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti