...

Alban-Udi xristian dini icmasının üzvləri Laçına səfər ediblər (FOTO)

Siyasət Materials 14 İyun 2022 16:34 (UTC +04:00)
Alban-Udi xristian dini icmasının üzvləri Laçına səfər ediblər (FOTO)

Bakı. Trend:

Alban-Udi Xristian dini icmasının üzvləri Milli Qurtuluş Günü münasibəti ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə işğaldan azad olunan Laçın rayonuna səfər edib.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, məqsəd Laçın rayon ərazisində yerləşən qədim alban məbədi olan Ağoğlan monastırını ziyarət, Milli Qurtuluş Gününü orada qeyd etməkdir.

Keçirilən tədbirdə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının üzvləri və mətbuat nümayəndələri iştirak edir.

Qeyd edək ki, Ağoğlan monastırı Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə Kosalar kəndində yerləşən. V-VI əsrlərə aid bazilikadır. Monastirin Azərbaycan dilli ədəbiyyatda istifadə edilən adı - Ağoğlan monastırı - abidə yaxınlığından keçən kiçik dağ çayının adı ilə əlaqəlidir Laçın rayonu 28 il işğal altında qaldığı müddətdə isə ermənilər bu monastırı da özününküləşdirməyə çalışıb, hətta adını dəyişib "Sisernavank" qoyublar.

Monastırın divarlarında tarixi-dini abidənin guya ermənilərə məxsus olduğunu əks etdirən daş kitabələr yerləşdirilib. Ermənilər ərazini tərk edəndə isə yenə monastırda quraşdırılan şamdanları və bəzi tarixi materialları yox edərək ərazini tərk ediblər.

Rafik Danakari bildirib ki, bu məbəd qədim Alban dövlətinə məxsusdur. Ermənilər işğal ərəfəsində burada saxtakarlıqla bəzi dəyişikliklər etməyə çalışıblar. Məbədin divarlarına erməni dilində yazılar yazıblar, bəzi hissələri dəyişdiriblər.

"Qədim tarixi əhatə edən faktları yoxa çıxarmaqla saxtakarlıq törədiblər. Buna baxmayaraq, tikilinin tarixi, üzərindəki izlər bu kilsənin qədim Alban məbədi olmasını bir daha sübut edir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti