Bakı. Trend:
Türkiyə Milli Müdafiə Nazirliyi bu ölkədə, o cümlədən Azərbaycan HHQ pilotları və aviasiya vasitələrinin də iştirakı ilə keçiriləcək "Anadolu Qartalı- 2022" təlimi çərçivəsində hazırlıq uçuşlarını əks etdirən görüntülər yayımlayıb.
Trend xəbər verir ki, qeyd olunan görüntülər qurumun "Twitter" səhifəsinə paylaşılıb.
"2022-ci il 20 iyun - 1 iyul tarixlərində keçirilməsi planlaşdırılan "Anadolu Qartalı - 2022" təliminə qatılacaq Hərbi Hava Qüvvələrimizin təyyarələri ilə dost və müttəfiq ölkələrin təyyarələrinin Konyadakı 3-cü Əsas Qırıcı Baza Komandanlığına təhvil verilməsinin görüntüləri",- paylaşımda vurğulanır.
Xatırladaq ki, daha əvvə Azərbaycan Müdafiə Nazirliyi hərbi pilotlar və aviasiya vasitələrimizin Türkiyədə beynəlxalq təlimlərə qatılacağını bildirmişdir.