...

Qızıl filiz yataqları ilə bağlı sazişə dəyişiklik edilir

Siyasət Materials 24 İyun 2022 17:21 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Komitə sədri Sadiq Qurbanov bildirib ki, iclasın gündəliyinə “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi daxil edilib.

Komitə sədri sənəd barədə ətraflı məlumat verib. Müzakirələr zamanı komitə üzvləri İltizam Yusifov, Asim Mollazadə, Naqif Həmzəyev, Nəsib Məhəməliyev, Əliabbas Salahzadə, Fatma Yıldırım Sazişlə bağlı fikirlərini bildiriblər.

İclasın sonunda sənəd Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Onlayn iclasda deputatlardan Anar Məmmədov, Afət Həsənova və Məşhur Məmmədov da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti