...

Ermənistan bir çox öhdəliyi, xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsini yubadır - Elşad Həsənov (VİDEO)

Siyasət Materials 25 İyun 2022 10:57 (UTC +04:00)
Ermənistan bir çox öhdəliyi, xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsini yubadır - Elşad Həsənov (VİDEO)

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan bir çox öhdəliyi, xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsini yubadır.

Trend-in məlumatına görə, bunu SƏS TV-yə açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib.

Politoloq qeyd edib ki, bəyannamədən keçən 1 il 7 ay müddətdə Ermənistan müddəaların bir çoxunu yerinə yetirmir.

"Ermənistan bir çox öhdəliyi, xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsini yubadır. Cənab Prezident bu faktları Lavrovun diqqətinə çatdırdı və Lavrova Rusiyanın bu işdə böyük kömək olacağını bildirdi. Lavrov da öz növbəsində bu məsələnin tezliklə həll ediləcəyini vurğuladı. Sergey Lavrov, həmçinin, ATƏT-in Minsk Qrupunun fəaliyyətini dayandırdığını bəyan etdi. Artıq ATƏT-in statusu, gücü yoxdur. Artıq bu məsələ bağlanıb", - E.Həsənov bildirib.

Politoloq qeyd edib ki, hazırda erməni xalqı da sülh istəyir: "Ermənistanda yaşayan əhali, ermənilər sülh istəyirlər. Onlar bəyənnamə şərtləri ilə razıdırlar. Nikol Paşinyan da onların istəyi ilə razılaşıb. Amma bəzi müxalif qüvvələr, xüsusilə, Köçəryan-Sarkisyan klanı Ermənistanda mitinq təşkil edib Paşinyan hakimiyyətini devirmək istəyirdilər. Onların bu niyyəti isə baş tutmadı. Bu gün də dünya birliyi, Avropa Şurası, Amerika və Rusiya, eləcə də digər dövlətlər bizim sülh dəstəyimizi bəyənir və bizim bu məqsədimizə yardım etməyə hazır olduqlarını deyirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti