Bakı. Trend:
Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin milli təhlükəsizlik şuralarının baş katiblərinin Ankarada iclası keçirilib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, iclasa Azərbaycan Respublikası Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da qatılıb.