...

Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq - Ursula Fon der Lyayen

Siyasət Materials 18 İyul 2022 16:59 (UTC +04:00)
Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq - Ursula Fon der Lyayen

Bakı. Trend:

Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq.

Trend xəbər verir ki, bunu iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Bu gün imzalanan Memorandumla Avropa İttifaqının Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərinə öhdəlik götürdüyünü bildirən Ursula Fon der Lyayen qeyd edib: “Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti