...

Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub

Siyasət Materials 9 Avqust 2022 16:10 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq spikeri Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, Binəli Yıldırım 2016-2018-ci illərdə Türkiyə Cümhuriyyətinin Baş naziri, 2018-2019-cu illərdə Türkiyə Böyük Millət Məclisinin spikeri, Ədalət və İnkişaf Partiyası Prezidentinin muavinidir.

Cənab Binəli Yıldırım Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə Mərkəzin Bakıda təşkil etdiyi VIII və IX Qlobal Bakı Forumları və təşkil etdiyi digər Ali Səviyyəli toplantılarda aktiv iştirak etmişdir.

Mərkəzin üzvləri sırasında xanım Vayra Vike-Freyberqa, Kolinda Qrabar-Kitaroviç, Viktor Yuşşenko, Aleksandr Kvasnevski, Qordon Braun, Helen Klark, Boris Tadiç, Petro Poroşenko, Giorgi Marqvelaşvili, Amre Musa, Tzipi Livni, İv Leterme, Kerri Kennedi, Valdis Zatlers kimi dünyanın tanınmış siyasətçiləri daxildir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə yaradılıb və hal-hazırda Mərkəz üzvü olan keçmiş prezidentlərin, baş nazirlərin və nazirlərin sayına görə dünyada fəaliyyət göstərən ən böyük təşkilatlardandır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov bildirib ki, “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hazırda dünyanı narahat edən məsələlərin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilib. Mərkəzin fəaliyyətdə olduğu 10 il ərzində Bolqarıstan, Çin, Misir, Fransa, Yunanıstan, İtaliya, İsrail, İordaniya, Latviya, Moldova, Polşa, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, ABŞ kimi ölkələrdə ali səviyyəli toplantılarını təşkil etmişdir.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti