...

Qazaxıstan-Azərbaycan işgüzar şurasının iclasında sənədlər imzalanıb (FOTO)

Siyasət Materials 24 Avqust 2022 16:29 (UTC +04:00)
Qazaxıstan-Azərbaycan işgüzar şurasının iclasında sənədlər imzalanıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Qazaxıstan-Azərbaycan işgüzar şurasının birinci iclasının protokolu imzalanıb.

Trend-in məlumatına görə, sənədi Abbat Urisbayev və İbrahim Alısoy imzalayıb.

Mingəçevir və Uralsk şəhərlərinin qardaşlaşması barədə sənəd, Qazaxıstan-Azərbaycan işgüzar şurasının yaradılması barədə memorandumun imzalanması baş tutub.

AZPROMO ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında anlaşma memorandumunu Yusif Abdullayev və Ayan Erenov imzalayıb.

Həmçinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədi Məmməd Musayev və Ayan Erenov imzalayıb.

Eyni zamanda, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə "QazTrade" şirkəti arasında anlaşma memorandumu imzalanıb. Sənədi Orxan Məmmədov və Azamat Askarulı imzalayıb.

Bundan başqa, Azərbaycanın "Food City Alliance" və Qazaxıstanın "QazTrade" şirkətləri arasında əməkdaşlıq memorandumu, "ADY Container" MMC ilə "KTZ Express Hong Kong" MMC arasında tərəfdaşlıq sazişi imzalanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti