...

Türk Dövlətləri Təşkilatı Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka hazırdır - Baş katib

Siyasət Materials 16 Sentyabr 2022 12:08 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatı Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka hazırdır - Baş katib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Şuşa. Trend:

Türk Dövlətləri Təşkilatı Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bu forumda iştirak etmək türkdilli dövlətlər üçün böyük şərəfdir.

"Mən dəfələrlə səfərim zamanı həm dövlət başçısı, həm də nazirliklər səviyyəsində işğaldan azad edilmiş ərazilərin bərpası sahəsində əməkdaşlığımızı müzakirə etmişəm. Bu gün keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıdışı üçün çox böyük işlərin icra edildiyini görürük. Biz həmçinin Azərbaycanın bu əraziləri necə fəal və sürətlə bərpa etdiyini görməkdən məmnunuq və bu işlərdə iştirak etməkdə maraqlıyıq”, - deyə B.Amreyev bildirib.

Həmçinin, baş katibin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması region ölkələri arasında əməkdaşlıq üçün böyük potensiala malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti