...

27 Sentyabr müasir Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu - Afət Həsənova

Siyasət Materials 27 Sentyabr 2022 12:43 (UTC +04:00)
27 Sentyabr müasir Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün xalzımız 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən, Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsində həyatını Vətəninə qurban vermiş şəhidlərimizin əziz xatirəsinin Anım gününü qeyd edir. 27 sentyabr müasir Azərbaycan tarixində çox vacib bir mərhələnin başlanğıcı oldu. 44 günlük müharibədə qəhrəman oğullarımız öz həyatlarını Vətəninə qurban verərək xalqımıza bu qələbə sevincini yaşatdılar, 30 illik həsrətə son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu tarixi Zəfər təkcə döyüş meydanında əldə edilən bir qələbə deyildi, bu həm də xalqımızın mənəvi qələbəsi, 100 illər boyu xalqımza qarşı terror və cinayətlər törədən erməni vandalizminə tarixi bir dərs idi.

“Əlbəttə ki, bu böyük qələbəyə qəhrəman oğullarımızın canı və qanı bahasına nail olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımız düşmən tapdağından azad etdi. Bu möhtəşəm qələbəni xalqımıza yaşadanlar ilk növbədə ön cəbhədə qəhrəmancasına döyüşən Azərbaycan ordusunun əsgər və zabitləri idi. Onlar öz həyatları, sağlamlıqları bahasına xalqımıza bu qələbəni yaşatdı və əlbəttə ki, onların bu qəhrəmanlıqları dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir, şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı ardıcıl və sistemli şəkildə həyata keçirilir”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin arxasında uzun illərin gərgin əməyi, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aparılan düşünülmüş və məqsədyönlü siyasət dayanırdı:

“Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan həm siyasi, həm də iqtisadi müstəqilliyini tam təmin etməyi bacardı. Azərbaycanın iqtisadi müstəqilliyi və inkişafı ordu quruculuğu sahəsində genişmiqyaslı işlər həyata keçirməyə və qüdrətli ordu qurmağa imkan verdi, ordumuz müsair silahlarla təmin edildi, şəxsi heyətin peşəkarlığı yüksək səviyyəyə qaldırıldı və ordumuz dünyanın 50 ən güclü orduları sırasına daxil oldu.

Güclü ordu, güclü iqtisadiyyat, döyüşə getmək üçün növbəyə düzülən vətənpərvər gənclər, öz Prezidenti ətrafında sıx birləşmiş xalq, beynəlxalq dəstək Vətən müharibəsində qələbəmizi təmin etdi, 30 illik işğala son qoydu və ərazi bütövlüyümüz bərpa edildi”, - deyə A.Həsənova vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan hər zaman öz qəhrəman övladlarının şücaətini, əzmini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini daim uca və əziz tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti