...

Səfir Rəhman Mustafayev erməni diasporuna “təşəkkür” etdi: Siz ilham mənbəyi oldunuz

Siyasət Materials 18 Oktyabr 2022 20:50 (UTC +04:00)
Səfir Rəhman Mustafayev erməni diasporuna “təşəkkür” etdi: Siz ilham mənbəyi oldunuz

Bakı. Trend:

Son iki gündə səfirimiz Rəhman Mustafayevin Fransadakı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar erməni KİV-lərində və Fransanın sosial şəbəkələrində təhqir və təhqiramiz hücumlarla qarışıq sevincli şərhlər yayılıb.

Trend xəbər verir ki, Rəhman Mustafayev öz "Twitter" səhifəsində Fransalı ermənilərə lakonik və ləyaqətli cavab verib: "Fransadakı missiyamı başa vuraraq, bütün bu 5 il ərzində məni ruhdan salmayan və mənim üçün ilham mənbəyi olan erməni diasporuna "təşəkkür" etmək istəyirəm. Siz olmasaydınız, missiyamı başa vurmazdım. Və buna baxmayaraq, mən Azərbaycan və Ermənistan arasında sülh üçün dua edirəm”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Niderlanddakı səfiri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti