...

Əmək Məcəlləsində dəyişiklik edilib

Siyasət Materials 24 Noyabr 2022 17:58 (UTC +04:00)
Əmək Məcəlləsində dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:

- 11-ci maddənin 1-ci hissəsinin “g” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda “ğ” bəndi əlavə edilsin:

“ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək.”.

- 65-ci maddənin 5-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.”.

- 67-ci maddənin 2-ci hissəsinə “işçinin” sözündən əvvəl “işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud” sözləri əlavə edilsin.

- 78-ci maddənin 1-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.”.

- 179-cu maddənin 2-ci hissəsinin “h” bəndində “ayrılmaqla” sözü “tam və ya qismən ayrılmaqla” sözləri ilə əvəz edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti