...

Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır - MN

Siyasət Materials 30 Noyabr 2022 21:35 (UTC +04:00)
Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır - MN

Bakı. Trend:

Təəssüf edirik ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

"Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq.

Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq.

Bir daha israrla bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti