...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfər zamanı sakinlərlə görüşüb söhbət ediblər (FOTO)

Siyasət Materials 2 Dekabr 2022 23:06 (UTC +04:00)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfər zamanı sakinlərlə görüşüb söhbət ediblər (FOTO)

Bakı.Trend:

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki şəhərinə səfər zamanı sakinlərlə görüşüb söhbət ediblər, xatirə şəkilləri çəkdiriblər.

Trend xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında paylaşım edib.

Kişi sakin: Allah canınızı sağ eləsin. Gələn ayaqlarınız var olsun. Allah Sizin ömrünüzü uzun eləsin.

Prezident İlham Əliyev: Allah sizə cansağlığı versin.

Kişi sakin: Allah Sizi qorusun! Allah bütün Azərbaycanı qorusun!

Prezident İlham Əliyev: Amin!

Kişi sakin: Fateh İlham Əliyev.

Başqa kişi sakin: Bizə də nəsib oldu əlinizi sıxmaq.

Kişi sakin: Allah canınızı sağ eləsin. Gələn ayaqlarınız var olsun. Allah ömrünüzü uzun eləsin. Allah Sizi də, oğlunuzu da xoşbəxt eləsin.

Mehriban xanım Əliyeva: Çox sağ olun. Bütün Azərbaycan xalqı sağ olsun.

Kişi sakin: Sizə minnətdarıq, Sizə təşəkkür edirik.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Kişi sakin: Yolunuz açıq olsun, sağ-salamat gedin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakinlər: Allah Sizi qorusun, uğurlar olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti