...

Aİ işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycanı dəstəkləyir

Siyasət Materials 15 Dekabr 2022 11:38 (UTC +04:00)
Aİ işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycanı dəstəkləyir
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində Azərbaycanı dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

P.Mixalko çıxışı zamanı qeyd edib ki, Aİ Qarabağın bərpasında Azərbaycanı dəstəkləyir. Bura işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi də daxildir.

"Aİ Azərbaycanın minatəmizləmə səylərini dəstəkləməyə davam edəcək və gələcəkdə biz bu istiqamətdə daha çox səy göstərmək niyyətindəyik", - deyə o vurğulayıb.

Səfir ötən gün Kəlbəcərdə minanın partlaması nəticəsində Azərbaycan vətəndaşının həlak olmasından təəssüfləndiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti