Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə fəal şəkildə töhfə verir.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
"Biz istəyirik ki, bizim fəaliyyətimiz regionda uzunmüddətli sülhün bərqərar olması üçün müsbət nəticələr versin", - deyə Aİ-nin Azərbaycandakı səfiri bildirib.
P.Mixalko qeyd edib ki, Aİ Azərbaycanda minatəmizləmə prosesinin ən fəal dəstəkçilərindən biridir. Onun fikrincə, minalardan təmizləmə prosesi Qarabağın bərpası və regionda təhlükəsizliyin bərqərar olması üçün mühüm amildir:
“Biz minaların təmizlənməsində Azərbaycana kömək etməyə davam edəcəyik və gələcəkdə bu istiqamətdə daha çox səy göstərmək niyyətindəyik”.