Bakı. Trend:
Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsində erməni vandalizmi ilə bağlı iddia qaldırıb.
Trend-in məlumatına görə, bunu İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov özünün "Tvitter" səhifəsində yazıb.
“Avropa Məhkəməsinə göndərilən yeni dövlətlərarası şikayətdə biz 2022-ci ilin may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülkünün dağıdılmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair faktları təqdim etmişik”, - deyə o yazıb.