...

Türk dövlətləri olaraq müdafiə sənayesi sahəsində əməkdaşlığa xüsusi nəzər yetirməliyik - Binali Yıldırım

Siyasət Materials 23 Yanvar 2023 17:45 (UTC +04:00)
Türk dövlətləri olaraq müdafiə sənayesi sahəsində əməkdaşlığa xüsusi nəzər yetirməliyik - Binali Yıldırım

Bakı. Trend:

Biz Türk dövlətləri olaraq müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən qaçırmamalıyıq.

TurkicWorld-un məlumatına görə, bunu Türk Dövlətlər Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım sosial media hesabında bildirib.

Onun sözlərinə görə, Səmərqənd Sammitindən sonra “Ümumi Təhlükəsizlik Konsepsiyası” üzrə intellektual işin yaradılması Təşkilatın prioritet məsələlərindən biri hesab edilir.

Bununla yanaşı, o, Türk dövlətlərinin ortaq əlifbaya sahib olması məsələsinin də başlıca müzakərələrdən biri olduğunu qeyd edib.

“Biz ağsaqqallar olaraq son vaxtlar ortaq əlifba məsələsinə xüsusi diqqət yetiririk. Biz ümumi əlifbaya keçidi sürətləndirmək fikrindəyik”, – Yıldırım əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti