...

Leyla Abdullayeva İranı səfirliyimizin təhlükəsizliyi ilə bağlı öhdəliyi yerinə yetirməyə çağırıb

Siyasət Materials 27 Yanvar 2023 11:50 (UTC +04:00)
Leyla Abdullayeva İranı səfirliyimizin təhlükəsizliyi ilə bağlı öhdəliyi yerinə yetirməyə çağırıb

Bakı. Trend:

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İranı Vyana Konvensiyasını yerinə yetirməyə çağırıb.

Trend-in məlumatına görə, bunu L.Abdullayeva tviterdə yazıb.

"Azərbaycanın İrandakı səfirliyinə acınacaqlı silahlı hücum edilib və hücüm nəticəsində təhlükəsizlik işçisi həlak olub. Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkə tərəfindən Vyana Konvensiyasının yerinə yetirilməsinə çağırırıq", - səfir bildirib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti