...

Laçın yolunun "bağlanması" ilə bağlı yayılan məlumatların hamısı həqiqətə uyğun deyil - Azərbaycan xarici işlər nazirinin müavini

Siyasət Materials 30 Yanvar 2023 23:21 (UTC +04:00)
Laçın yolunun "bağlanması" ilə bağlı yayılan məlumatların hamısı həqiqətə uyğun deyil - Azərbaycan xarici işlər nazirinin müavini
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Laçın yolunun guya “bağlanması” ilə bağlı bütün məlumatlar reallığa uyğun deyil: yol ilə hərəkət sərbəst şəkildə davam edir, yolun özünə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları nəzarət edir.

Trend xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən açıq dinləmələrdə deyib.

"Əslində orada azərbaycanlı ekoloqların dinc etiraz aksiyası keçirilir. Laçın yolu ilə hər gün xeyli minik və yük maşınları hərəkət edir, onların sayı yüzlərlə və daha çox olur. İrəvan aksiyaya istinad edərək və bu barədə təhrif olunmuş məlumatlar ilə Azərbaycanla sülh sazişi üzrə danışıqlara təsir göstərməyə çalışır", - deyə E.Məmmədov bildirib.

E.Məmmədov izah edib ki, etiraz aksiyası keçirən ekoloqlar yalnız ətraf mühiti qorumaq, qeyri-qanuni hasilatın və Azərbaycandan faydalı qazıntıların çıxarılmasının qarşısını almaq istəyirlər.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 50 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti