...

Azərbaycan informasiya məkanının İran casus şəbəkəsindən təmizlənməsi vacibdir - Elçin Mirzəbəyli

Siyasət Materials 31 Yanvar 2023 16:48 (UTC +04:00)
Azərbaycan informasiya məkanının İran casus şəbəkəsindən təmizlənməsi vacibdir - Elçin Mirzəbəyli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusi xidmət və hüquq-mühafizə orqanlarının, o cümlədən, Daxili İşlər Nazirliyinin İranın Azərbaycan Respublikasındakı casus şəbəkəsinin, eləcə də molla rejiminin ideoloji və siyasi təxribatlarının ifadəçisi missiyasını yerinə yetirən resurslarının, onların rəhbərlərinin və təmsilçilərinin ifşası istiqamətində həyata keçirdiyi son əməliyyatı dəstəkləyir, prosesin davamlı olacağına, ölkənin informasiya məkanının Vətən və dövlət xainlərindən, onların sifarişli missiyalarından, ideoloji zəhərlərindən təmizlənəcəyinə inanıram. Azərbaycanın informasiya məkanının İranın casus şəbəkəsindən təmizlənməsi olduqca vacib məsələdir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu gün ölkəmizin informasiya təhlükəsizliyi dövlətimizin sərhədlərinin toxunulmazlığı qədər vacib, amma ondan daha çox əmək, diqqət tələb edən bir istiqamətdir.

“Dövlətin sərhədlərinin haradan keçdiyi bəllidir, amma dövlətin informasiya təhlükəsizliyinin sərhədlərinin təhlükəsizliyini müəyyənləşdirmək və qorumaq çox çətin bir missiyadır. İran adlanan ölkənin casus və şaiyə şəbəkəsi, mediaya sızmış nüfuz müvəkkilləri, dini təhsil və turizm sahəsində “ixtisaslaşdırılmış” əlaltıları Azərbaycanın konstitusion dövlət quruluşuna, milli-mənəvi dəyərlərinə qarşı, sözün əsl mənasında savaş açıblar və bir çox vətəndaşlarımızın səmimi hislərindən sui-istifadə etməklə, zəif iradəli, siyasi baxımdan kamil olmayan şəxsləri təsir altına almaqla, Azərbaycanda geniş təsir imkanlarına malik olan “yumşaq güc” formalaşdırmaq istəyiblər.

Təəssüf ki, bu istiqamətdə əldə etdikləri müəyyən “nəticələr” də var. Amma son bir neçə il ərzində xüsusi xidmət və hüquq-mühafizə orqanlarının nümayiş etdirdiyi peşəkarlıq, ictimaiyyətin fəal təbəqəsinin prinsipial və ayıq-sayıq mövqeyi İranın nüfuz müvəkkillərinin ifşa olunmasına, qanun qarşısında dayanmalarına zəmin yaradır. Azərbaycanın informasiya məkanında İranın nüfuz müvəkkiliyini yerinə yetirən şəxslərin fəaliyyəti sıradan bir hadisə deyil, bu, informasiya terrorçuluğudur və bəzən informasiya terrorunun qurbanlarının sayı ənənəvi terror aksiyasındakından daha çox olur. Məhz bu baxımdan, Azərbaycan xalqının, dövlətinin mənafeyinə zidd fəaliyyət göstərənlərə qarşı cəmiyyətimiz də güzəştsiz mövqe sərgiləməlidir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti