...

İran Azərbaycanda İslam dövləti yaratmaq istəyirdi - Komitə sədrinin müavini (FOTO/VİDEO)

Siyasət Materials 2 Fevral 2023 14:27 (UTC +04:00)
İran Azərbaycanda İslam dövləti yaratmaq istəyirdi - Komitə sədrinin müavini (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İran Azərbaycanda İslam dövləti yaratmaq istəyirdi.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra bir çox ölkələrin diqqətində idi.

"Bu dövlətlərdən biri də İran idi. İran ona qədər də İslam inqilabının "naliyyətlərini" müsəlman ölkələrinə yaymaqla məşğul idi. Bizim əhalinin əksəriyyəti müsəlman adətilə yaşayan insanlardan ibarətdir. Ölkəmizdə bütün dinlərə və dinlərin daşıyıcılarına bərabərhüquqlu münasibət yaradılıb. O cümlədən, İslam dinindəki bütün məzhəblərə, cərəyanlara itaət edən insanlara da eyni münasibət bəslənir. Azərbaycanda heç bir məzhəbçilik siyasəti yoxdur.

İranın Ermənistana dəstək verməsinə də toxunan sədr müavini bildirib ki, İran bu köməklikləri göstərməsəydi düşmən çoxdan sülhə razılaşardı.

"Bu gün də Ermənistanın revanşist fikirlərində İranın dəstəyi öz rolunu göstərir. Azərbaycan müstəqilliyinini bərpa etdikdən sonra İran tərəfindən ölkəmizə geniş fəaliyyətə start verildi. Bu fəaliyyət İslam inqilabının ölkəmizə ixrac edilməsi Azərbaycanda da iransayağı İslam dövlətinin qurulması onların əsas məsələsi oldu. Bundan sonra geniş fəaliyyət başlandı. Bu fəaliyyəti biz artıq 1990-cı illərin əvvəllərindən müşahidə etməyə başladıq. Həmin dövrdə bizim minlərlə vətəndaşımız təhsil adı altında İrana cəlb edirdilər. Əlbəttə bunların çoxu qaçaq yollarla gedirdi. Bundan başqa turist kimi, ziyarətə gedənlər də var idi ki, İranda qalırdılar. Bu təhsil alanlar isə dini deyil, dini ideoloji təhsil idi. Eyni zamanda İranda təhsil alanları Azərbaycanda islam inqilabı etmək üçün hazırlayırdılar. Biz orda təhsil alan tələbəblərlə söhbət edərkən məlum olurdu. Təbliğ edilirdi ki, Azərbaycanda yalnız İslam inqilabı olduqdan və İrana birləşdikdən sonra siz yaxşı həyat yaşayacaqsınız və erməni işğalına son qoyulacaq", - deyə S. Heydərov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti