...

Qarabağ inanılmaz dərəcədə gözəl regiondur - İngiltərəli səyahətçi

Siyasət Materials 4 Fevral 2023 14:53 (UTC +04:00)
Qarabağ inanılmaz dərəcədə gözəl regiondur - İngiltərəli səyahətçi
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Şuşa. Trend:

Qarabağ inanılmaz dərəcədə gözəl regiondur.

Bu barədə Trend-in müxbirinə ingiltərəli səyahətçi Dezz Vayts deyib.

"Bu mənim təkcə Qarabağa deyil, həm də Azərbaycana ilk səfərimdir. Bura inanılmaz dərəcədə gözəl regiondur. Biz artıq Füzuli şəhərindəki yeni limanla tanış olmuşuq. Deməliyəm ki, bu, olduqca müasir infrastrukturdur. Həmçinin, gəldiyimiz yolların keyfiyyətini də qeyd etmək istərdim", - o deyib.

Vayts Şuşa şəhərinin yaxınlığındakı dinc etiraz aksiyasında onlara azad olunmuş ərazilərdəki mina təhlükəsindən bəhs olunduğunu vurğulayıb.

Səyahətçi Azərbaycan xalqını xüsusən istiqanlı və qonaqpərvər olduğuna görə sevdiyini qeyd edib.

Xatırladaq ki, fevralın 4-də beynəlxalq nümayəndəliyin işğaldan azad olunmuş Azərbaycan ərazisinə altıncı səfəri baş tutub.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Səfər zamanı nümayəndə heyəti, həmçinin, işğal dövründə ermənilərin törətdiyi vandallıqlarla, ərazilərdəki yenidənqurma işləri ilə, hableə Qarabağ regionunun təbii gözəlliyi ilə tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti