...

Beynəlxalq səyahətçilər Şuşa qalasında olublar (FOTO)

Siyasət Materials 4 Fevral 2023 14:30 (UTC +04:00)
Beynəlxalq səyahətçilər Şuşa qalasında olublar (FOTO)
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Şuşa. Trend:

Hazırda Şuşa şəhərində olan beynəlxalq səyahətçilər şəhər qalasında olublar.

Trend-in Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, burada onlara şəhərin tarixi əsasının qoyulması haqqında məlumat verilib.

Nümayəndə heyəti, həmçinin, Şuşada aparılan tikinti-yenidənqurma işləri ilə tanış olublar.

Qeyd edək ki, səyahətçilər Şuşa şəhərində Laçın-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatlarının üzvlərinin nümayəndələrinin dinc etiraz aksiyasını müşahidə edib, məşhur Cıdır düzündə olub, icra hakimiyyətinin binasını ziyarət edib, Azərbaycan mədəniyyətinin məşhur xadimləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni vandalizminə məruz qalmış büstlərinin olduğu mərkəzi meydanda şəkillər çəkdiriblər.

Səyahətçilərə işğalçıların Azərbaycanın mədəni irs abidələrinə qarşı barbar münasibətlərindən bəhs olunub.

Daha sonra beynəlxalq səyahətçilər otuz illik işğal müddətində erməni vandalizminə məruz qalmış digər mədəni abidələr və binalarla, həmçinin, şəhərdə aparılan yenidənqurma işləri ilə tanış olublar.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti