...

Ceyhun Bayramovla türkiyəli həmkarı arasında telefon danışığı olub

Siyasət Materials 6 Fevral 2023 10:20 (UTC +04:00)
Ceyhun Bayramovla türkiyəli həmkarı arasında telefon danışığı olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Başramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlut Çavuşoğluya zəng vuraraq qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir yaralıların tezliklə sağalmasını arzulayıb.

C.Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş Türkiyəyə yola düşəcəyini bildirilib.

Nazir Mevlüt Çavuşoğlu bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfəri keçib, 440 nəfər yaralı var.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti