...

Fransa yenidən öz xislətini göstərdi - Türkiyədəki zəlzələyə sevinənlər

Siyasət Materials 7 Fevral 2023 17:12 (UTC +04:00)
Fransa yenidən öz xislətini göstərdi - Türkiyədəki zəlzələyə sevinənlər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən qardaş Türkiyədə baş verən güclü zəlzələ minlərlə insanın ölümünə və yaralanmasına səbəb olub.

Başda ölkəmiz olmaqla, dünya dövlətləri Türkiyəyə müxtəlif formada yardımlar göndərirlər. Türkiyənin belə bir çətin vəziyyətində ermənidan daha çox erməni olmaqla diqqətçəkən Fransa yenidən öz xislətini göstərib.

Belə ki, Fransanın anti-türk, anti-müsəlman mövqeyi ilə seçilən “Çarli Hebdo” jurnalının tviter hesabında Türkiyədə dağılan binaların, çevrilmiş avtomobillərin əks olunduğu karikatura paylaşılıb.

Karikaturada "Türkiyədə zəlzələ. Tank göndərməyə ehtiyac qalmadı" yazılıb.

Bu, müstəsna insafsızlıq, qeyri-insanlıq nümunəsidir. “Çarli Hebdo” jurnalı satiranın çərçivələrini və sərhədlərini davamlı aşır. Gecə yatdıqları yerdə tavan insanların, körpələrin üzərinə çöküb, minlərlə insan neçə saatdır canlı və ya cansı halda tonlarla betonun altında qalır, ölü sayı hər dəqiqə artır, bunlar isə "ifadə azadlığı" adı altında "hırıldayırlar". Mədəniyyətin, elmin "beşiyi" donuna girmiş terror və soyqırımı, işğal və vəhşilik Fransanın əsl mahiyyətidir.

“Charlie Hebdo” jurnalı Azərbaycana da qarşı zaman-zaman təxribatçı materiallar dərc etməkdən çəkinməyib. Bu jurnalın anti-Azərbaycan, anti-islam möveyində dayandığı sirr deyil.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a yüksəlib. Yaralıların sayı isə 22 168 nəfərə çatıb

Baş verən təbii fəlakətlə əlaqədar Türkiyə 7 günlük matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti