...

Mövlud Çavuşoğlu yardım üçün Azərbaycana təşəkkür edib

Siyasət Materials 7 Fevral 2023 22:14 (UTC +04:00)
Mövlud Çavuşoğlu yardım üçün Azərbaycana təşəkkür edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hər zamanki kimi Türkiyəyə yardım üçün ilk gələn Azərbaycan oldu.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Zəlzələnin ilk saatlarında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov zəng etdi. Xilasedicilərdən ibarət heyəti yola çıxmaq üçün artıq hazırlıqlara başlamışdılar. Hər birinə çox təşəkkür edirik", - deyə M.Çavuşoğlu bildirib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti