...

İsrail Prezidenti bu il Azərbaycana səfər etməyi planlaşdırır

Siyasət Materials 27 Mart 2023 12:12 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Prezidenti İshaq Hersoq bu il Azərbaycana səfər etməyi planlaşdırır.

Trend "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə İ.Hersoq martın 26-da Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovla görüşündə, etimadnamənin qəbul olunması mərasimində deyib

Görüşdə tərəflər Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və ikitərəfli gündəlikdə duran müxtəlif məsələləri müzakirə ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyev 26 noyabr 2022-ci il tarixində İsrailin Təl-Əviv şəhərində Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsi haqqında qanun imzalayıb.

Bundan əvvəl İsrailin Azərbaycandakı səfirliyi Azərbaycanın İsraildəki səfirliyinin 29 mart 2023-cü il tarixində açılacağını bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti