...

Tacikistan və Azərbaycan xalqlarını ənənəvi dostluq telləri bağlayır - Emoməli Rəhmon

Siyasət Materials 5 Aprel 2023 16:43 (UTC +04:00)
Tacikistan və Azərbaycan xalqlarını ənənəvi dostluq telləri bağlayır - Emoməli Rəhmon

Bakı. Trend:

Tacikistan və Azərbaycan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Sevindirici haldır ki, bu gün ölkələrimizin dövlətlərarası qarşılıqlı əlaqələri geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir.

Trend xəbər verir ki, bu sözləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə bildirib.

Bu qarşılıqlı fəaliyyətin siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə etdiyini vurğulayan E.Rəhmon qeyd edib: “Biz Azərbaycan Respublikası ilə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetiririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti