...

2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə işə salınmış "Bakı Prosesi" UNESCO ilə əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir - Ceyhun Bayramov

Siyasət Materials 7 Aprel 2023 10:56 (UTC +04:00)
2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə işə salınmış "Bakı Prosesi" UNESCO ilə əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir - Ceyhun Bayramov
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə işə salınmış "Bakı Prosesi" UNESCO ilə əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bu barədə cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimində videoçıxışında deyib.

"Azərbaycan UNESCO ilə əməkdaşlığa daim sadiq olub. Azərbaycanın mədəniyyətlərarası dialoqun nümunəsi olduğunu nəzərə alaraq UNESCO ilə əməkdaşlığa böyük önəm veririk", - nazir deyib.

Azərbaycanın UNESCO ilə əməkdaşlığından danışan nazir həmçinin Şuşa şəhərinin dünya irsinə daxil olunduğunu xatırladıb.

"30 il erməni əsarəti altında qalmış qədim Şuşa Ermənistan tərəfindən dağıntıya məruz qalıb. İşğaldan azad edildikdən bir il sonra, 2021-ci ildə Şuşa UNESCO-nun dünya irsi siyahısına daxil edilib. İşğaldan azad olunduğu gündən Azərbaycan tərəfindən Şuşada müxtəlif beynəlxalq tədbirlər keçirilir. Həmçinin qeyd etmək istəyirəm ki, Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan edilib. Bu fakt türk ölkələrinin Şuşa şəhərinə ümumi məhəbbətinin və dəyərinin göstəricisidir", - deyə C.Bayramov əlavə edib.

Nazir öz çıxışında həmçinin Özbəkistan və Qazaxıstana Füzuli rayonu ərazisində məktəbin və Qarabağda Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzinin tikintisinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, TÜRKSOY-un bu iclası Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ADA Universiteti, həmçinin Universitetin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən birgə təşkil olunub.

Xatırladaq ki, bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı qurulmasının otuzuncu ildönümünü qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti