...

TÜRKSOY-un UNESCO üzrə nümayəndə heyəti Şuşada səfərdə olub (FOTO)

Siyasət Materials 8 Aprel 2023 12:27 (UTC +04:00)
TÜRKSOY-un UNESCO üzrə nümayəndə heyəti Şuşada səfərdə olub (FOTO)
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Şuşa. Trend:

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında iştirak edən xarici nümayəndə heyəti Şuşa şəhərinə gəlib.

Trend-in məlumatına görə, bu gün Qafqazın mirvarisi olan Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçiriləcək.

Nümayəndə heyətinə TÜRKSOY baş katibi, katbin müavini, həmçinin 10 Afrika ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katibləri daxildir.

Səfər zamanı xarici qonaqlar işğal dövründə ermənilərin törətdikləri vandalizm aktları, bərpa işləri, eləcə də Şuşa şəhərinin təbii gözəlliyi ilə də tanış olacaqlar.

Qeyd edək ki, ötən gün Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclası keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti