...

Türkiyədə reallaşan insfrastruktur layihələri dövlətin iqtisadi gücünü artırıb - Vüqar İskəndərov

Siyasət Materials 13 Aprel 2023 14:08 (UTC +04:00)
Türkiyədə reallaşan insfrastruktur layihələri dövlətin iqtisadi gücünü artırıb - Vüqar İskəndərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qardaş Türkiyədə həyata keçirilən müxtəlif insfrastruktur layihələri bu dövlətin həm iqtisadi gücünü artırıb, həm də dünya arenasındakı siyasi qüdrətini daha da yüksəldib. Xüsusən nəqliyyat sahəsinə diqqət yetirsək bu inkişafı görə bilərik. Nəqliyyat sahəsində iki hissəli (gediş-gəliş) yolun uzunluğu 6100 km-dən 28772 km-ə çıxarılıb. Nəticədə bu gün Türkiyə yollarında rahat gediş gəliş imkanları daha üst səviyyəyə qalxmışdır”.

Bunu Trend-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.

O qeyd edib ki, nəqliyyat sisteminin yüksək səviyyədə qurulması hər bir ölkə üçün çox vacib amildir.

“Çünki bu gün tranzit daşımalar, beynəlxalq nəqliyyat xətləri, yol qovşaqlarının yüksək səviyyədə olması ölkəyə əlavə maliyyə məbbəyi rolunu oynaya bilir. Hələ üstəlik Türkiyənin yerləşdiyi coğrafi mövqe də buna imkan yaradır. Bu baxımdan qardaş ölkənin bu sahəyə xüsusi diqqət ayırması ölkə iqtisadiyyatına da töhvə verəcək. Yol infrastrukturu sahəsində atılan addımlar sürət qatarlarının da istifadəsini genişləndirir. Hazırda ümumilikdə 1460 km uzunluqda sürət qatarı şəbəkəsi mövcuddur.

Bununla yanaşı hava yolları sahəsində sayı 26 olan havalimanı, sayı 57-yə, dənizçilik sahəsində liman sayı 37-dən 84-ə çatdırılıb. Bu surətlə, bu templə inkişaf isə böyük maliyyə resursları tələb edir. Görünür, qardaş Türkiyənin düzgün şəkildə apardığı iqtisadi siyasət hər bir sahədə sürətli şəkildə inkişaf və genişlənməyə imkan yaradır. Çünki ölkədə yalnız nəqliyyat infrastrukturu yox bütün sahələrdə bu genişlənmə nəzərə çarpır. Mənzilsiz vətəndaşların evlə təmin olunmasında xüsusi dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təkcə evsizlik problemi yaşayan milyonlarla vətəndaşın çətinliyi aradan qaldırılıb. TOKİ (yaşayış evi inşaatı üzrə dövlət qurumu) vasitəsi ilə tikilən ümumilikdə 1 milyon 170 min mənzil inşa edilib, 3 milyon mənzillik yenilənmə həyata keçirilib, ümumilikdə 12 milyon vətəndaşın təhlükəsiz mənzillərdə yaşaması təmin edildi”, - deyə V.İskəndərob vurğulayıb.

Deputat qeyd edib ki, dünyada yararan içməli su problemlənin aradan qaldırılması istiqamətində ardıcıl atılan addımlar da onu göstərir ki, Türkiyə bu məsələyə həssas yanaşmaqla gələcəkdə baş biləcək çətinliklərin qarşısını almaq üçün əməli işlər görür. “Ölkədə su anbarı sayı 276-dan 930-a, su elektrik stansiyası sayı 97-dən 730-a, içməli su təsisi sayı 84-dən 370-ə və sulama təsisi sayı 1764-dən 3325-ə yüksəldilib”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti