...

Sahibə Qafarova iki Azərbaycan hərbçisinə qarşı Ermənistanın işgəncə verməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib

Siyasət Materials 14 Aprel 2023 15:37 (UTC +04:00)
Sahibə Qafarova iki Azərbaycan hərbçisinə qarşı Ermənistanın işgəncə verməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı, beynəlxalq təşkilatları Ermənistanın bir neçə gün əvvəl sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmağa və ona müvafiq qiymət verməyə çağırıb.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, S.Qafarova diqqətə çatdırıb ki, bir neçə gün əvvəl Ermənistan sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisini saxlayıb. Dərhal sosial şəbəkələrdə onlara münasibətdə fiziki işgəncəni və qeyri-insani rəftarı göstərən videogörüntülər yayılıb. Müvafiq beynəlxalq təşkilatlar sözügedən zorakılığı araşdırmalı və ona lazımi qiymət verməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti