...

Qlobal enerji böhranı fonunda Azərbaycan böyük bir missiya həyata keçirir - ŞƏRH

Siyasət Materials 27 Aprel 2023 11:29 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Perzidenti İlham Əliyevin Bolqarstana səfəri və səfər çərçivəsində bir sıra vacib görüşlərin keçirilməsi və yeni sənədlərin imzalanması bir daha onu göstərir ki, Azərbaycanın Avropanın enerji təminatının coğrafiyasının genişləndirilməsində müstəsna rolu var.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiq edir.

"Eyni zamanda Bolqarstanın Prezidenti Rumen Radev və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Slovakiyanın iqtisadiyyat naziri Karel Hirmanın, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycanla və Prezident İlham Əliyevlə bağlı səsləndirdiyi fikirlər də Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.

Dünyanın enerji böhranı yaşadığı bir dövrdə Azərbaycan böyük bir missiya həyata keçirir, Avropanın enerji xəritəsini yenidən çəkir və Avropanın enerji təhlükəsizliyini təmin etməklə dünyanın böhrandan çıxmasına dəstək göstərir. Bunun kökündə uzun illərdir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan düzgün enerji siyasəti dayanır.

Prezident İlham Əliyevin Bolqarstana səfəri zamanı səsləndirdiyi fikirlər də bir daha göstərir ki, Azərbaycan bundan sonra da etibarlı tərəfdaş ölkə olaraq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm ölkə olmaqda davam edəcək", - deyə deputat bildirib.

O vurğulayıb ki, bu gün Avropanın enerji bazarında Avropanın Azərbaycan qazına tələbatı durmadan artmaqdadır.

"Təsadüfi deyil ki, Həmrəylik həlqəsinin reallaşmasında ölkəmiz xüsusi həlledici rol oynayır. Həmrəylik həlqəsi ilə bağlı atılan addımlar, TAP layihəsindən sonra, Prezident İlham Əliyevin apardığı enerji siyasətinin yeni bir səhifəsi deməkdir. Əgər TAP vasitəsilə Azərbaycan qazı Yunanıstan üzərindən keçməklə İtaliyanı əhatə edirdisə, bu yeni layihələrin icrası ilə Azərbaycan 10-dan artıq Avropa ölkəsinin enerji təminatına tövhə verəcəkdir.

Bu bir daha göstərir ki, Azərbaycanın dünyada nüfuzu güclənir və eyni zamanda Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır", - deyə C.Osmanov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti