...

Aİ Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesini dəstəkləməyə davam edəcək - Səfir (YENİLƏNİB)

Siyasət Materials 3 May 2023 12:48 (UTC +04:00)
Aİ Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesini dəstəkləməyə davam edəcək - Səfir (YENİLƏNİB)
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aİ Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesini dəstəkləməyə davam edəcək.

Trend çərşənbə günü xəbər verir ki, bunu bu gün Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Dünya Mətbuat Azadlığı günü münasibətilə jurnalistlərlə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, minatəmizləmə prosesi Aİ-nin Azərbaycanla əməkdaşlığının prioritet istiqamətlərindən biridir.

"Aİ Azərbaycanı bu prosesdə dəstəkləməkdə maraqlıdır. Xatırladım ki, Aİ minatəmizləmə sahəsində əsas donorlardan biridir. Bildiyiniz kimi, Aİ həmişə öz tərəfdaşlarını dayanıqlı inkişaf məsələsində dəstəkləyib və dəstəkləməyə davam edəcək. Azərbaycanda bu inkişafı təmin etmək üçün əməkdaşlığımız çərçivəsində isə Aİ minatəmizləmə prosesini əhatə etməyə bilməzdi", - səfir deyib.

Xatırladaq ki, 2022-ci ildə Avropa İttifaqı Azərbaycana 4 milyon avro dəyərində humanitar paket ayırıb. Bunun bir hissəsi Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti