...

Heydər Əliyev Azərbaycan-BMT əməkdaşlığının formalaşmasına böyük töhfə verib - Bik Lum

Siyasət Materials 11 May 2023 18:51 (UTC +04:00)
Heydər Əliyev Azərbaycan-BMT əməkdaşlığının formalaşmasına böyük töhfə verib - Bik Lum
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Azərbaycanla BMT arasında əməkdaşlığın formalaşmasına böyük töhfə verib.

Trend cümə axşamı xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Bik Lum "Azərbaycanda BMT-nin İnkişaf Təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu" mövzusunda tədbirdə deyib.

"Ulu Öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əməkdaşlığının qurulmasında və irəliləyişində həyati əhəmiyyətli rol oynayıb. Heydər Əliyev BMT-nin Baş Assambleyasının sessiyasında çıxış edən ilk Azərbaycan lideri olub. 1994-cü ilin sentyabrında 49-cu sessiyada çıxışında o təşkilatın qlobal sülhün və stabilliyin təmin olunmasına böyük töhfəsini vurğulayıb, həmçinin Azərbaycanın BMT-nin bütün prinsiplərinə sadiq olduğunu bildirib. Azərbaycanın böyük beynəlxalq təşkilatlarla qurduğu tərəfdaşlığı və uzun illər ərzindəki əməkdaşlığı nəzərə alsaq görərik ki, Azərbaycan BMT-nin mühüm fəaliyyət istiqamətlərini dəstəkləmək üçün hər şeyi edir", - o deyib.

Xatırladaq ki, mayın 11-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyilə "Azərbaycanda BMT-nin İnkişaf Təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu" mövzusunda tədbir təşkil olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti