...

Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 24 May 2023 16:05 (UTC +04:00)

Bakı. Trend:

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, vətəndaşlarınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək üçün daha çox çalışacağıq".

Xəbər lenti

Xəbər lenti