...

Prezident İlham Əliyev İsveç kralını milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 6 İyun 2023 11:01 (UTC +04:00)
Prezident İlham Əliyev İsveç kralını milli bayram münasibətilə təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev İsveç Kralı XVI Karl Qustava təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti