...

Ermənistan ikiüzlü siyasət yeridir - İrəvan fürsət axtarışında

Siyasət Materials 13 İyun 2023 17:06 (UTC +04:00)
Ermənistan ikiüzlü siyasət yeridir - İrəvan fürsət axtarışında
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən bəyan edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Amma ərazi bütövlüyünü tanımaq üçün ilkin olaraq dövlətlər arasında sərhəd sazişi imzalanmalıdır.

Bunu Trend-ə deputat Musa Qasımlı deyib.

O bildirib ki, sərhəd sazişi imzalamaq üçün sərhədlər delimitasiya olunmalı sonra demarkasiya edilməli və dövlətlər arasında sülh sazişi imzalanmalıdır.

“Paşinyan bir tərəfdən ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bəyan edir, digər tərəfdən delimitasiya, demarkasiya və sülh sazişini yubadır, Azərbaycan ərazisində qeyri-qanuni silahlı birləşmələr saxlayır. Belə ziddiyət nə ilə bağlıdır?

Bu cür yanaşmalar ermənilərin etno-psixologiyası ilə birbaşa əlaqəlidir. Onlar hətta hər hansı sənədi imzalasalar sonra deyərlər ki, biz imzamızdan imtina edirik. Necə ki, bundan əvvəl, Petrosyan hakimiyyətdən getdikdən sonra prezident olan Koçaryanın addımları bunu deməyə əsas verir. Belə yanaşma göstərir ki, Ermənistan ikiüzlü siyasət yeridir, hansısa əlverişli şəraitin yaranmasına ümid edir.

Amma Ermənistan üçün əlverişli şərait yaranmayacaq. Ermənistanın gələcəyi qonşularla dil tapmaqdan keçir”, - deyə M.Qasımlı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti