...

Prezident İlham Əliyevin hədiyyə etdiyi xalça İsrail Prezidentinin iş otağını bəzəyir

Siyasət Materials 18 İyun 2023 15:46 (UTC +04:00)
Prezident İlham Əliyevin hədiyyə etdiyi xalça İsrail Prezidentinin iş otağını bəzəyir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin ingilis dilində nəşri olan, dünyada geniş oxucu kütləsinə malik “The Jerusalem Post” qəzeti mayın 30-da İsrail Prezidenti İsxaq Hersoqun Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevin hədiyyə etdiyi xalçaya xüsusi diqqət yetirib.

Trend-in məlumatına görə, müəllif yazıb ki, Prezident Hersoqun yüksək vəzifəli qonaqları onunla şəxsi görüşlər zamanı bu gözəl toxunmuş xalçanı görmək imkanı əldə edəcəklər.

Məqalədə qeyd olunub ki, İsrail ilə Azərbaycan uzun illərdir müxtəlif səviyyələrdə sıx əlaqələr saxlayır və bu hədiyyə iki dövlət başçıları arasında qarşılıqlı hörmət və ehtiramın növbəti sübutu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti