...

Fransanın yalançı “söz azadlığı” nağıldan başqa bir şey deyil - Tural Gəncəliyev

Siyasət Materials 29 İyun 2023 19:58 (UTC +04:00)
Fransanın yalançı “söz azadlığı” nağıldan başqa bir şey deyil - Tural Gəncəliyev

Bakı. Trend:

Azərbaycan Televiziyası əməkdaşlarına qarşı Fransada baş verən sonuncu hücumu kəskin şəkildə pisləyirəm, və bu qinanılmalıdır.

Bu barədə Trend-ə açıqlamasında Milli Məsclisin deputatı Tural Gəncəliyev bildirib.

Millət vəkili bildirilib ki, özünü insan hüquqları, demokratiyanın carçısı, müdafiəçisi hesab edən Fransada ölkəmizin jurnalistlərinə qarşı belə bir halı mən təsadüf hesab eləmirəm.

Onun sözlərinə görə, ölkəmizin öz torpaqlarının erməni işğalından azad etməsi, erməni terrorçuluğuna son verməsi , görünür, Fransadakı cari hakimiyyəti çox narahat edir.

“Ona görə də Azərbaycana qarşı bu kimi hərəkətlərin atılması bir növ bizə qarşı təzyiq, hansisa bir məsələlərdə Azərbaycanı geri atmaq kimi hesablanıb. Ancaq düşünürəm ki, Fransanın bu addımı özü üçün xələ getirə biləcək nəticələr aparacaq. Bu gün təssüflar olsun ki, Fransa yenə də insan hüquqları məsələsini uzurpasiya edib, dünyada bu mövzunu monopoliyaya çevirərək bu məsələlərdə ozunu demokratiya carçısı kimi təqdim edir”, - deyə T.Gəncəliyev bildirib.

Deputat qeyd edib ki, azərbaycanlı jurnalistlərin söz azadlığı, öz fikirlərini, öz pəşəkar fəliyyətlərini həyata keçirilməsi ilə bağlı belə bir manələrin törədilməsi onu göstərir ki, Fransanın yalançı “söz azadlığı”, onun dünyada verdiyi töhfələr nağıldan başqa bir şey olmayıb.

Tural Gəncəliyev əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron Marseldə erməni icmasının nümayəndələri ilə, onların arasında xüsusi radikallığı ilə seçilən Papazyanla da görüşdə səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, Makron hakimiyyəti Fransa tarixində ən zəif, “dişsiz”, liderlik qabiliyyəti olmayan bir hakimiyyət kimi deyil, eyni zamanda erməni diasporunun əlində bir maşa kimi, bir alət kimi olmaqla tarixə keçəcək.

“Aydın məsələdir ki, Fransa hakimiyyəti, Makron erməni diasporunun dəstəyini almaq üçün dəridən qabıqdan çıxır, ancaq onların bu qədər anti-Azərbaycan, anti-Türkiyə siyasətləri Makron hakimiyyətinin özündə də Azərbaycanofob, Türkiyəfob fikirlərinin nə qədər kök attığının, və bu fikirlərin, ideologiyanın günü-gündən çoxaldığını da göstərir. Makron hakimiyyətindən erməni diasporu tərəfindən belə bir manipulyasiya aləti kimi istifadə edilməsi də bizi təccübləndirmir. Dediyimiz kimi, Fransa tarixində ən zəif, ən dişsiz hakimiyyət hal-hazırda Yelisey sarayında Fransanı idarə edir”, -deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti