...

Ermənistan qonşularını insan hüquqlarını pozduğuna görə tənqid etməyə haqqı olan ölkə deyil - Tural Gəncəliyev (VİDEO)

Siyasət Materials 5 İyul 2023 14:39 (UTC +04:00)
Ermənistan qonşularını insan hüquqlarını pozduğuna görə tənqid etməyə haqqı olan ölkə deyil - Tural Gəncəliyev (VİDEO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan qonşu ölkələri tənqid etməyə və onlara insan hüquqları ilə bağlı məsələlər üzrə öyüd verməyə haqqı çatan sonuncu ölkədir.

Trend çərşənbə günü xəbər verir ki, bunu Milli Məclisin deputatı,“Baku Network” ekspertlər platformasının direktoru Tural Gəncəliyev Vankuverdə ATƏT Parlament Assambleyası Komitəsinin 30-cu illik sessiyasında deyib.

"Biz Ermənistan tərəfindən insan hüquqları sahəsində tənqidi qəbul etmirik və bunu heç kəs qəbul etməməlidir. Bu ölkə müharibənin başlamasına və Azərbaycana qarşı təcavüzün törədilməsinə görə tam cavabdehlik daşıyır. Ermənistanda ölkə daxilində və beynəlxalq miqyasda insan hüquqlarının pozulmasına dair yetərincə faktlar var. Ermənistan həmçinin kütləvi etnik təmizləmənin həyata keçirilməsinə, münaqişə zamanı digər dəhşətli cinayətlərin törədilməsinə aşkar irqçilik ideologiyasının təbliğinə görə də tam məsuliyyət daşıyır", - o deyib.

T.Gəncəliyev həmçinin qeyd edib ki, Azərbaycan nümayəndə heyəti Vankuver bəyannaməsini dəstəkləyə bilməz.

"Bu, sülh prosesinə yalnız zərər verə bilər. Həmçinin Assambleyadan parlament səviyyəsində etimadın möhkəmləndirilməsində platforma qismində istifadə etmək qətiyyətimizə mənfi təsir göstərə bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, Vankuver Bəyannaməsi Qarabağda yaşayan erməni azlığın hüquq və təhlükəsizliyinin beynəlxalq ictimaiyyətlə “sıx əməkdaşlıq” yolu ilə təmin olunmasını təklif edən müddəanı ehtiva edir. Bu bənd ölkənin daxili işlərinə aid olduğu üçün Azərbaycan Respublikasının qanunvericiliyinə birbaşa olaraq ziddir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti