...

Qoşulmama Hərəkatının üzvləri islamofobiya və irqçiliyin qlobal olaraq artmasına qarşı mübarizə aparmağa çağırıb

Siyasət Materials 7 İyul 2023 03:50 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qoşulmama Hərəkatına (QHH) üzv ölkələr dünyanın müxtəlif yerlərində ayrı-seçkilik, dözümsüzlük və zorakılıq hallarının ümumi artımını dərin narahatlıqla qeyd ediblər.

Trend xəbər verir ki, bu barədə Qoşulmama Hərəkatının Bakıda keçirilən Əlaqələndirmə Bürosunun nazirlər iclasının yekunları üzrə qəbul edilən Bakı Bəyannaməsinin mətnində deyilir.

"Biz üzv dövlətləri ksenofobiya, islamofobiya, irqçilik və digər dözümsüzlük formalarıəsasında terror hücumlarının artması ilə bağlı yeni və yaranan təhlükələri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməyə çağırırıq və dünyanın müxtəlif yerlərində dini və digər icmaların üzvlərinə qarşı yönəlmiş ayrı-seçkilik, dözümsüzlük və zorakılıq hallarının ümumi artımını dərin narahatlıqla qəbul edirik", - deyə sənəddə bildirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı bildirib ki, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır.

"Biz geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq", - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsini xatırladaraq, bunun ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu qeyd edib.

"Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir", - deyə dövlətimizin başçısı əlavə edib.

Xatırladaq ki, Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Ölkənin təşkilatda sədrlik dövrünün pandemiyanın qızğın çağına düşməsinə baxmayaraq, rəsmi Bakı sədrlik missiyasını uğurla yerinə yetirərək Hərəkata daha 1 il rəhbərlik etmək hüququ qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti