...

Dünya artıq erməni təbliğatına uymur - Elşad İsgəndərov

Siyasət Materials 17 Avqust 2023 21:53 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov BMT Təhlükəsizlik Şurasında təşkil olunan müzakirələrlə bağlı paylaşım edib.

Trend-in məlumatına görə, bu barədə E.İsgəndərov “X” (Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"BMT Təhlükəsizlik Şurasında heç bir sənədin (hətta bəyanatın) qəbul edilməməsi dünyanın artıq erməni təbliğatına uymadığını göstərir", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Ermənistan dövlətinin guya Azərbaycan tərəfinin Qarabağdakı ermənilərə qarşı "humanitar böhran" vəziyyəti yaratması ilə bağlı heç bir əsası olmayan müraciəti əsasında bu gün BMT Təhlükəsizlik Şurası öz toplantısını keçirib. Və bu dəfə də Ermənistan tərəfinin Azərbaycana qarşı qarayaxma kampaniyası fiaskoya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti