...

Ayxan Hacızadə Paşinyanın iddialarına cavab verib

Siyasət Materials 1 Sentyabr 2023 22:33 (UTC +04:00)
Ayxan Hacızadə Paşinyanın iddialarına cavab verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın iddialarına cavab verib.

Trend xəbər verir ki, bu barədə XİN-in sözçüsü "X" səhifəsində yazıb.

“Ermənistandakı gərgin vəziyyətdən əhalinin diqqətini yayındırmaq üçün Azərbaycana qarşı təxribata əl atmaq və bunda regionda sülhün tərəfdarı olan Azərbaycanı ittiham etmək məsuliyyətdən yayınmaq üçün çarəsiz cəhddən başqa bir şey deyil. Azərbaycan bundan sonra da belə təxribatların qarşısını almaq üçün tədbirlər görəcək”, - diplomat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti